AZ

Türkiyənin təhsil naziri: Yeni açılan bu məktəb bizim iş birliyimiz bir parçasıdır

BAKI, 22 sentyabr. TELEQRAF

İstanbulda da bənzər bir məktəb fəaliyyətə başlayacaq.

Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyənin təhsil naziri Mustafa Tekin Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində səsləndirib.

Nazir bildirib ki, belə bir məktəbə uzun illərdir ehtiyac duyulurdu:

“Uzun illərdir bu cür rahatlıq və gələcəyə yönəlik addıma ehtiyacımız var idi. Bu istiqamətdə Azərbaycan Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm ki, bu binanı bizə təqdim etdi. İnşallah, İstanbulda da bənzər bir məktəb fəaliyyətə başlayacaq.”

Mustafa Tekin vurğulayıb ki, əsas məqsəd gələcək nəsillərə də təsir edəcək güclü qardaşlıq və dostluq bağlarının qurulmasıdır:

“Dəyərli dostum Emin Əmrullayevə təşəkkür edirəm. Bu gözəl binanı bizimlə paylaşdı. Gələcək nəsillərə sirayət edəcək şəkildə güclü bağlar formalaşdırmaq əsas hədəfimizdir”.

Seçilən
9
teleqraf.com

1Mənbələr