AZ

Musa Qurbanlı: Kimlərəsə örnək ola biliriksə... MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Erkən qol vurmağımız və üstəlik, rəqibin qırmızı vərəqə alaraq azlıqda qalması işimizi hardasa bir qədər asanlaşdırdı".

İdman.biz xəbər verir ki, bunu Sportnet.az-a müsahibəsində "Qarabağ"ın futbolçusu Musa Qurbanlı səfərdə "Araz-Naxçıvan"a 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra deyib.

Qollardan birini vuran 23 yaşlı hücumçu digər sualları da cavablandırıb:

– Oyundan əvvəl böyükhesablı qələbə qazanacağınızı gözləyirdinizmi?

– Açığı, oyundan əvvəl hesabı düşünmürük. Yalnız qələbəyə köklənirik. Ona görə də bu nəticə bizim üçün çox yaxşı oldu.

– Ramil Şeydayevin komandaya qayıdışı barədə nə deyə bilərsən?

– Ramil daha əvvəl də komandamızın üzvü olub və onunla birlikdə yaxşı uğurlar qazanmışıq. Şəxsi münasibətlərimiz də çox yaxşıdır, hamımız onu çox istəyirik. Düşünürəm ki, bu keçid onun üçün də uğurlu olacaq. Həm komandamıza fayda verəcək, həm də şəxsi karyerası baxımından formasını bərpa edə biləcək. Bizə öz oyunu ilə kömək edəcəyinə inanırıq.

– “Benfika” ilə oyundan sonra bu qarşılaşmanın ab-havası baxımından disbalans hiss olundumu?

– Əlbəttə, istər-istəməz fərq böyükdür. Atmosfer, meydanın keyfiyyəti, azarkeşlər, oyunun sürəti baxımından fərq çoxdur. Amma bu, bizim işimizdir. Həm Çempionlar Liqasında, həm də yerli çempionatda çıxış edirik. Hər ikisi bizim üçün çox vacibdir. Ona görə çalışırıq ki, hər iki turnirdə var gücümüzlə oynayaq və qələbə qazanaq.

– “Benfika” üzərində qələbənin dünya futbolunda böyük əks-səda doğurduğunu gördükdə hansı hissləri keçirirsiniz?

– Əlbəttə, bu, bizim üçün çox böyük fəxrdir. Çünki öz ölkəmizi dünya futbolunun bir nömrəli arenasında təmsil edirik. Əlbəttə, insanlar bunu gözləmirdilər. Çünki “Benfika”nın necə böyük klub olduğunu bilirsiniz. Bu qələbə ölkəmizi müsbət tərəfdən tanıtdı. Göstərdik ki, Azərbaycanda da futbol var, futbolçular var və biz oynaya bilirik. Əlbəttə, bizim üçün çox xoşdur, fəxr hissi keçiririk,

– Türkiyədə futbol şərhçiləri və keçmiş futbolçular “Qarabağ”ı öz klublarına örnək göstərirlər. Bu barədə nə düşünürsünüz?

– Kimlərəsə örnək ola biliriksə, bizim üçün xoşdur. Bu, bizim işimizə peşəkar yanaşmamızın nəticəsidir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr