AZ

Rubinyan: Ermənistan Azərbaycanla sülhə və Türkiyə ilə sərhədlərin açılmasına hazırdır

Ermənistan yaxın zamanda Azərbaycanla sülh sazişinin imzalanacağına və ratifikasiya ediləcəyinə ümid edir.

İnterpress.az xəbər verir ki, bu barədə NATO Parlament Assambleyasının sessiyasında çıxış edən Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.

Rubinyan yaxın zamanda Azərbaycanla sülh sazişinin imzalanacağına və ratifikasiya ediləcəyinə ümid etdiyini bildirib.

O, Türkiyə ilə münasibətlərin Ermənistan üçün prioritet olduğunu vurğulayıb:

“Tarixi fürsəti əldən vermək olmaz. Münasibətlərin normallaşması regiona sabitlik və qlobal təhlükəsizliyə töhfə verəcək”.

Rubinyan əlavə edib ki, Ermənistan diplomatik münasibətlər qurmağa və sərhədləri açmağa indi hazırdır.

Onun sözlərinə görə, ölkə təhlükəsizlik strategiyasını diversifikasiya etməyə çalışır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
6
interpress.az

10Mənbələr