AZ

AYNA nın əlində daşıyıcıları tənbeh eləmək mexanizmi yoxdur, ancaq brutto müqavilə bu boşluğu dolduracaq

Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əlində daşıyıcıları keyfiyyətə görə tənbeh eləmək üçün mexanizm yoxdur.

Bunu AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda əsas çətinliklərdən biri sərnişindaşıma xidmətinin keyfiyyətinə görə daşıyıcıların məsuliyyətə cəlb olunması üçün mövcud hüquqi mexanizmlərin yetərli omamasıdır: "Ancaq yeni yanaşma – "brutto müqavilə" modeli – məhz bu boşluğu dolduracaq. Bu mexanizm sayəsində daşıyıcıların fəaliyyətinə gündəlik nəzarət ediləcək, keyfiyyət standartlarına əməl olunmadıqda isə cərimə və ya müqavilənin ləğvi kimi təsirli tədbirlər görüləcək. Beləliklə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi birbaşa təmin olunacaq".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© "Report" 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
10
marja.az

10Mənbələr