AZ

Məktəbəhazırlıq qruplarında I sinif dərsləri: “Doğru yanaşma deyil”

Məktəbəhazırlıq mərhələsi və birinci sinif proqramlarının eyni olması barədə cəmiyyətdə müxtəlif fikirlər səslənir. Bəziləri hesab edir ki, bu bənzərlik uşaqları yora, onlarda təhsilə marağı azalda bilər. Bəs əslində vəziyyət necədir?

AzEdu.az mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayevanın fikirlərini öyrənib.

168314

Onların proqramlarında eynilikdən söhbət belə gedə bilməz

"İki proqram arasında böyük fərqlər mövcuddur. Məktəbəqədər təhsil kurikulumu ilə I sinif kurikulumunu müqayisə etsək, fərqlərin açıq şəkildə görünməsi mümkündür.

Bəzən müəllimlərin “proqramlar eynidir” kimi yanaşmaları isə başqa bir məsələdir. Burada artıq dövlət tərəfindən nəzarət və tənzimləmə mexanizmləri işə düşməlidir. Çünki ibtidai sinif müəllimləri öz rahatlıqları üçün məktəbəqədər hazırlıq qruplarında I sinif proqramı tədris edirlər. Halbuki bu, doğru yanaşma deyil. Məktəbəqədər hazırlıq kurikulumu ilə 1-ci sinif kurikulumu tamamilə fərqlidir və bu məsələ ciddi şəkildə tənzimlənməlidir.

Biz məktəbəhazırlıq qruplarında məktəbəqədər təhsili bitirən məzunların işləməsi ilə bağlı təklif də irəli sürmüşdük.

Sadəcə maliyyə məsələləri səbəbindən məktəbəqədər hazırlıq qruplarında ibtidai sinif müəllimlərinin dərs deməsinə şərait yaradılıb və fikrimcə, bunu 5 illik təhsilə keçid kimi təqdim edirlər".

Seçilən
14
azedu.az

1Mənbələr