AZ

Soçi aeroportunda 60 a yaxın reys gecikir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Rusiyanın Soçi hava limanına gələn və uçan təxminən 60 reys əvvəllər tətbiq edilən müvəqqəti uçuş məhdudiyyətləri səbəbindən iki saatdan çox gecikir, paytaxt Moskvadan iki reys ləğv edilib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Turoperatorlar Assosiasiyası (ATOR) məlumat yayıb.

Soçi hava limanında mülki uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarələrin gəlişi və enişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Sentyabrın 21-dən 22-nə keçən gecə 18 reysin ekipajı alternativ aerodromlara yönləndirilib. Alternativ aerodromlara yönləndirilən bütün təyyarələr artıq Soçiyə çatıb və hava limanı öz iş qrafikinə uyğun olaraq fəaliyyətini bərpa edib.

“Əsas dənizkənarı kurortun hava limanı ötən gecə təxminən beş saat ərzində təyyarələrin gəlişi və enişi üçün bağlanıb. Hazırda məlumdur ki, bu gün təxminən 60 reys iki saatdan çox gecikib, Moskvadan iki reys təxirə salınıb”, -deyə məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
79
1
azertag.az

2Mənbələr