AZ

Səyyad Aran Saatlıda seçiciləri ilə görüşdü

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Milli Məclisin deputatı Səyyad Aran Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının inzibati binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib və zəruri qeydlər aparılıb. Bəzi problemlər yerindəcə həll edilib. Həlli zaman tələb edən müraciətlər isə qeydiyyata alınıb.

Millət vəkili seçicilərinə söz verib ki, onları narahat edən məsələlərlə bağlı müvafiq dövlət qurumlarına tezliklə sorğu göndərəcək. Seçiciləri daim onlara qayğı ilə yanaşıb problemlərinin həllinə köməklik göstərdiyi üçün deputata minnətdarlıq ediblər.

Qəbulda YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov da iştirak edib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr