AZ

Türkiyədə təhsil alan gənclərimizin bilik və bacarıqları inkişafımız üçün çox vacib rol oynayır - Emin Əmrullayev

Azərbaycan ilə Türkiyə arasındakı təhsil münasibətləri ən nümunəvi münasibətlərdəndir. Ötən əsrin 90-cı illərində ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlı gənclərin Türkiyədə müxtəlif istiqamətlərdə təhsili baxımından, qardaş ölkədən əldə etdiyimiz biliklər və bacarıqlar bu gün də bizim inkişafımız üçün çox vacib rol oynayır. SİA xəbər verir ki, bu fikirləri Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir çıxışında ötən il açılışı baş tutan Türkiyə-Azərbaycan Universitetinə diqqət çəkərək deyib: “Bu, həm Azərbaycan və Türkiyə dövlət başçılarının Azərbaycan gənclərinə böyük bir hədiyyəsidir. Türkiyənin aparıcı üç universitetinin Azərbaycanda fəaliyyətə başlaması və onların diplomlarının verilməsi Azərbaycan gəncləri üçün olduqca böyük bir imkandır. Onlar öz şəhərlərində yaşaya-yaşaya bu təhsili ala biləcəklər”.

Seçilən
9
4
sia.az

5Mənbələr