AZ

8 ayda ƏƏSMN-in elektron xidmətlərinə 16,7 milyon müraciət edilib

2025-ci ilin səkkiz ayında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə təqdim olunan elektron xidmətlərə 16,7 milyon müraciət qeydə alınıb.

Nazirlikdən verilən məlumata görə, bu dövrdə ölkənin sosial reyesri funksiyasını yerinə yetirən "e-sosial" portalından 10,5 milyon dəfə istifadə olunub. 175,9 min sosial təminat təyinatı isə elektron infrastruktur üzərindən proaktiv şəkildə həyata keçirilib.

Elektronlaşma proqramının genişləndirilməsi nəticəsində Nazirliyin 159 xidmətindən 90%-dən çoxu hazırda onlayn təqdim olunur. Bununla yanaşı, 60 proaktiv xidmət, “Əmək və Məşğulluq” altsistemi və geniş funksiyalara malik "e-sosial" portalı fəaliyyət göstərir.

Nazirliyin e-sistemləri 80-ə yaxın dövlət qurumunun informasiya bazaları ilə inteqrasiya olunub. Bu qurumlardan daxil olan sorğular da daxil olmaqla, 8 ay ərzində ümumi sorğu, müraciət və xidmət sayı 332 milyon təşkil edib.

Aytac 

Seçilən
14
1
anews.az

2Mənbələr