"Sərhədçi" heyətinə yeni basketbolçu qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Paytaxt təmsilçisi ABŞ-dən olan Kameron Uilbonla anlaşıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 1,96 m boya malik Kameron Uilbonun son klubu "CSU Bakersfild" olub.