AZ

Türkiyə bir sıra ABŞ mallarına tətbiq olunan gömrük rüsumlarını ləğv edib

Türkiyə hökuməti 2018-ci ildən bəri bir neçə məhsul növ üçün qüvvədə olmuş əlavə gömrük rüsumunu ləğv edib.

Bu barədə müvafiq qərar Türkiyə hökumətinin rəsmi qəzetində dərc olunub.

Məlumata görə, ləğolunma 33 adda məhsula, o cümlədən, spirtli içkilərə, avtomobillərə, tütün məmulatlarına və kosmetikaya şamil olunub.

Türkiyə Ticarət Nazirliyinin bəyanatında bildirilib ki, qərar "uğurlu və səmərəli danışıqların” nəticəsi olaraq qəbul edilib.

"Biz 100 milyard dollar həcmində ticarət dövriyyəsinə nail olmaq üçün çalışmağa və bu məqsədi ABŞ-la Türkiyə arasında iqtisadi münasibətlərin əsas hədəflərindən biri kimi həyata keçirməyə davam edəcəyik”, qurumun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, əlavə gömürk rüsumların ləğvi qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri fonunda qəbul edilib.

 
 

Seçilən
8
1
7news.az

2Mənbələr