AZ

İrəvandan Zəngəzur açıqlaması: Çoxdan gözləyirdik

BAKI, 22 sentyabr. TELEQRAF

“Dialoq münaqişənin həlli və qarşısının alınmasının ən yaxşı üsuludur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO Parlament Assambleyasının İrəvanda keçirilən tədbirində deyib.

“Dialoq münaqişənin həlli və qarşısının alınmasının ən yaxşı üsuludur. Bu baxımdan, seminarın avqustun 8-də Vaşinqtonda keçirilən və xalqların uzun müddətdir gözlədiyi Cənubi Qafqazda (Ermənistan və Azərbaycan arasında) sülhün bərqərar olması ilə nəticələnən sammitdən sonra keçirilməsi rəmzi xarakter daşıyır. İndi uzunmüddətli sabitliyi təmin etmək üçün sülhün institutsionallaşdırılmasına çalışmaq lazımdır. Bölgədə kommunikasiyaların açılması bu işdə mühüm rol oynayır. Vaşinqtonda keçirilən sammitdə də razılıq əldə edilən “Tramp yolu” (və ya Zəngəzur dəhlizi - red.) da eyni məqsədə xidmət edəcək”, - qurum rəhbəri bildirib.

Seçilən
3
teleqraf.com

1Mənbələr