AZ

The Globe and Mail:Qərbdə Fələstinin tanınması siyasi baxımdan önəmlidir – ÖZƏL

Kanadanın nüfuzlu The Globe and Mail qəzeti redaksiya məqaləsində bildirib ki, Fələstinin dövlət kimi tanınması hələlik praktik nəticələr verməsə də, Qərbdə fələstinlilərin dövlətçilik arzularının qəbul olunması baxımından mühüm siyasi əhəmiyyət kəsb edir.
Olaylar.az xəbər verir ki,  məqalədə qeyd olunur ki, Fələstinin beynəlxalq səviyyədə razılaşdırılmış sərhədləri, paytaxtı yoxdur, həmçinin idarəetmə Qərb sahilindəki Fələstin Administrasiyası ilə Qəzza zolağındakı HƏMAS arasında bölünüb. Buna baxmayaraq, Kanada, Fransa, Böyük Britaniya, Avstraliya və Portuqaliyanın atdığı addım Qərbdə Fələstinin dövlətçilik iddialarına daha çox çəki qazandırır. Qəzet həmçinin vurğulayıb ki, ABŞ istisna olmaqla İsrailin əsas Qərb müttəfiqlərinin əksəriyyəti artıq Fələstini tanıyıb və ya tanımağa hazırlaşır. Bu isə onların İsrailə təzyiq göstərərək iki müstəqil dövlət əsasında münaqişənin tezliklə həllini sürətləndirmək niyyətindən xəbər verir.
Xatırladaq ki, 21 sentyabrda Avstraliya, Böyük Britaniya və Kanadanın baş nazirləri Fələstinin tanınması barədə bəyanat verib, daha sonra isə Portuqaliyanın xarici işlər naziri bu qərarı açıqlayıb. Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, 22 sentyabrda BMT-də Fələstinin tanınması ilə bağlı konfrans keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
olaylar.az

1Mənbələr