AZ

Bu liqada ən yaxşısı odu – STATİSTİKASI GÖZ QAMAŞDIRIR

Azərbaycan I Liqasında mübarizə davam edir. Hazırda turnir cədvəlinin ilk pilləsi uğrunda yarışan komandalar arasında II Liqanın ikincisi olan “Şəfa” klubu xüsusi diqqət çəkir.

Klub rəhbərliyinin etimad göstərərək ötən mövsümün ortalarında komandaya gətirdiyi baş məşqçi Elgiz Kərəmlinin komandadakı statistikası isə bu gün üçün diqqətçəkəndi.

Paytaxt klubuna rəhbərlik edən gənc mütəxəssis ilə “Şəfa” son vaxtlar məğlubiyyətin nə olduğunu unudub. Belə ki, son 15 rəsmi matçın 14-də qələbə qazanan kollektiv yalnız bir görüşdə heç-heçə ilə kifayətlənib. Bu isə komandanın hədəfləri ilə tam uzlaşır deyə bilərik.

“Şəfa”nın uğuru təkcə nəticələrlə deyil, həm də top fərqi ilə diqqət çəkir. Komanda başqa bir statistikada da rəqiblərindən üstündü. Belə ki, Elgiz Kərəmlinin rəhbərliyi altında 15 oyunda 69 qol vuran “Şəfa” qapısından cəmi 3 top buraxıb. 

Hazırda “Şəfa” I Liqanın yeganə qol buraxmayan komandasıdır.

Fərid Nəsibov

Seçilən
5
1
idmanxeber.az

2Mənbələr