AZ

Nouriel Roubini: Azərbaycan regionda sabitliyin və yaxşı idarəçiliyin modelidir

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Şübhəsiz ki, Azərbaycan bu regionda sabitliyin və yaxşı idarəçiliyin modelidir.

"APA -Economics" xəbər verir ki, bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda ABŞ-da fəaliyyət göstərən Roubini Macro Associates şirkətinin baş icraçı direktoru Nouriel Roubini bildirib.

O bildirib ki, Azərbaycan sabit ölkədir, yaxşı idarəetməyə malikdir, insan kapitalına, infrastruktura sərmayə qoyur, strateji mövqedə yerləşir.

"Makro çərçivə sağlamdır, aşağı inflyasiya ilə pul siyasəti, orta səviyyəli fiskal balans və aşağı dövlət borcu var. Həmçinin anlayış var ki, nə vaxtsa təbii enerji resursları tükənəcək. Buna görə də iqtisadiyyatın şaxələndirilməsi vacibdir"- deyə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
2
apa.az

3Mənbələr