AZ

"Bu dəyişikliklər sayəsində tıxaclar minimuma enəcək”

"Əminəm ki, 5 ildən sonra Bakının mərkəzi küçələrinin görkəmi dəyişəcək, şəhər mobilliyi bugünkündən dəfələrlə yaxşı olacaq”.

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, şəhərdə ictimai nəqliyyatın payı artırılacaq, insanların ictimai nəqliyyata çıxışı asanlaşacaq, onlara keyfiyyətli və fasiləsiz xidmət göstəriləcək: “Eyni zamanda, piyadalar və mikromobillik istifadəçiləri üçün şərait daha da yaxşılaşdırılacaq, ağıllı idarəetmə sistemləri tətbiq olunacaq. Bu dəyişikliklər sayəsində tıxaclar minimuma enəcək, insanlar şəhər daxilində daha rahat və sürətli hərəkət edə biləcəklər”.

Seçilən
9
3
avtosfer.az

8Mənbələr