AZ

Nüvə silahlarımızdan əsla vaz keçməyəcəyik - Kim Çen

BAKI, TurkicWorld, Fərid Mikayılov

Şimali Koreya lideri Kim Çen İn, uzun müddətdir dayandırılmış diplomatik danışıqların bərpası üçün ABŞ-a çağırış edərək, “nüvə silahlarından imtina tələbini” ön şərt olaraq qaldırmamağa dəvət edib.

TurkicWorld xəbər verir ki, Kim Çen İn, Cənubi Koreya ilə dialoqa qayıtmaq niyyətində olmadığını vurğulayıb.

“Dünya, ABŞ-ın digər ölkələri nüvə silahlarından imtina etməyə məcbur etdikdən sonra nə etdiyini çox yaxşı bilir”- deyə Kim Çen Vaşinqtonun siyasətini sərt tənqid edib.

O bildirib ki, sanksiyaların qaldırılması qarşılığında düşmən ölkələrlə ticarət məsələlərində danışıqlara getməyəcək.

Kim Çen İn, ABŞ Prezidenti Donald Trampla keçmiş görüşlərindən “yaxşı xatirələri” olduğunu desə də, Vaşinqtonun nüvə silahsızlanması ilə bağlı tələblərindən imtina etməsi lazım olduğunu bildirib.

O vurğulayıb ki, bu tələbdən vaz keçildiyi təqdirdə, ABŞ-la danışıqların yenidən başlamaması üçün heç bir səbəb qalmayacaq.

Seçilən
7
1
turkic.world

2Mənbələr