AZ

Çin şirkətləri Azərbaycanda tullantıların təkrar emalı və onlardan enerji istehsalında maraqlıdır

Bakı. Trend:

Məişət tullantılarını emal edərək elektrik enerjisi istehsalıistiqamətində Çində artıq 70-dən çox zavod tikilib. Bundan başqa,Orta Asiyada, məsələn, Özbəkistanda da bu tipli 5 zavod inşaolunması barədə razılıq əldə olunub.

Bunu Trend-əaçıqlamasında Çin Xaricdə İnkişaf Assosiasiyasının Biznesinİnkişafı Departamenti Layihə meneceri Simenq Vanq Bakıda keçirilən1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsindəbildirib.

Onun sözlərinə görə, Çin şirkətlərinin xarici emissiyalarlaəməkdaşlıq funksiyası bugünkü forumun formatı ilə üst-üstə düşür:"Bu, Azərbaycan İnvestisiya Forumunun ilk sessiyasıdır. Bizimfunksiyalarımız da məhz bu məqamda üst-üstə düşür və ona görə də budəfə iştirak edirik.

Forumdan əlavə, bəzi şirkətləri və zavodları da ziyarət edəcəyikki, yeni imkanlar tapa bilək. Məişət tullantılarını emal edərəkelektrik enerjisi istehsalı istiqamətində Çində artıq 70-dən çoxzavod tikilib. Bundan başqa, Orta Asiyada, məsələn, Özbəkistanda dabu tipli 5 zavod inşa olunması barədə razılıq əldə olunub. İndi dəAzərbaycanda belə zavodlar qurmaq üçün investisiya imkanlarıaxtarırıq. Yəni tullantıların təkrar emalı və onlardan enerjiistehsalı mövzusuna böyük maraq var".

Assosiasiyası rəsmisi qeyd edib ki, bundan başqa, günəş və digəralternativ enerji sahələri üzrə də böyük maraq var: "Buraya yalnızgünəş enerjisi deyil, həm də aerotransport, elektrik avadanlıqları,transformator istehsalı və digər istiqamətlər daxildir. Çinşirkətləri indi yaxşı tərəfdaş tapmaq istəyirlər. Azərbaycanhökuməti də əlverişli investisiya mühiti təqdim edə bilər. Əgərbelə şərait olsa, bir çox problemlər həll olunar.

Bundan əlavə, çinli sahibkarların nəqliyyat və logistikasahəsinə də böyük marağı var. Çünki Azərbaycan coğrafi baxımdanideal məkandadır. Xəzər dənizi vasitəsilə Çin ilə Avropa arasındaçox yaxşı əlaqə qurmaq mümkündür. Hazırda yeni bir marşrutformalaşır – Çinlə Avropa arasında Xəzər dənizi üzərindən keçənyol. Bu isə Transxəzər Nəqliyyat Dəhlizi adlanır və çox vaciblayihədir. Mən hesab edirəm ki, bu, yeni imkanların açılmasıbaxımından çox mühüm addımdır. Çin şirkətləri də məhz beləfürsətləri axtarır.

Əvvəllər biz yalnız Azərbaycanın neft potensialını bilirdik.Amma indi gördük ki, burada böyük sənaye müəssisələri də var vəÇində bu cür məhsullara böyük tələbat mövcuddur. Buna görə də birçox şirkətlər xaricdə investisiya etmək, yeni bazarlar tapmaqistəyirlər. Mən hesab edirəm ki, Bakı bu baxımdan yeni və çox yaxşıbazardır. Çindən investorların cəlb olunması çox vacibdir".

"Biz buradan əsas mesaj vermək istəyirik ki, Azərbaycanda beləforumlar davamlı keçirilməlidir. Bu gün ilk sessiyadır, amma çoxönəmlidir. Xarici investorların iştirakı, onların məlumat alması vəhökumətlə birbaşa əlaqə qurması üçün belə platformalar çoxgərəklidir. Buna görə də bu forumların hər il yüksək səviyyədəkeçirilməsi vacibdir.

Xarici investorlar bu tədbirlər vasitəsilə hansı sahələrəsərmayə qoymağın lazım olduğunu öyrənirlər. Onlar həmçinin Bakıdahansı imkanlar olduğunu, buradan necə yaxşı gəlir və əməkdaşlıqəldə edə biləcəklərini görürlər", - deyə Simenq Vanq qeyd edib.

Məqalədə:
Seçilən
12
az.trend.az

1Mənbələr