AZ

HUAWEI WATCH GT 6 ağıllı saatlarının və yeni innovativ məhsullarınıın Parisdə qlobal təqdimatını keçirdi

ain.az bildirir, Baku.ws portalına istinadən.

Bugün HUAWEI "Ride the Wind" (Küləyə hakim ol) şüarı ilə Parisdə keçirilən beynəlxalq təqdimat tədbirində yeni nəsil cihazlarını nümayiş etdirdi.

Tədbirin əsas diqqət mərkəzində HUAWEI WATCH GT 6 Seriyası, həmçinin HUAWEI WATCH HUAWEI Ultimate 2 və HUAWEI WATCH D2 ağıllı saatları oldu.

Bununla yanaşı, şirkət nova 14 Seriyası smartfonlarını, FreeBuds 7i simsiz qulaqlıqlarını və HUAWEI MatePad 12 X planşetini də təqdim etdi.

HUAWEI həmçinin "Now is Yours" (İndi Sənin Zamanındır) adlanan yeni yanaşmasını açıqladı və GoPaint 2025 adlı beynəlxalq yaradıcılıq yarışmasını işə saldı.

Yeni HUAWEI WATCH GT 6 Seriyası idman və dəbi birləşdirən dizaynı ilə seçilir.

Bu model 21 günə qədər davamlı batareya ömrü və daha dəqiq mövqeləndirmə sistemi ilə fərqlənir. Tamamilə yenilənmiş TruSense sağlamlıq izləmə sistemi sayəsində istifadəçilər ürək döyüntülərindən tutmuş yuxu keyfiyyətinə qədər bir çox göstəricini dəqiq izləyə bilirlər.

Saat 100-dən artıq məşq rejimini dəstəkləyir və velosiped, çöl qaçışları, qolf və xizək üçün xüsusi funksiyalar təqdim edir.

Velosipedçilər üçün virtual gücölçən, qaçışçılar üçün yüksəklik və marşrut təhlili, qolf həvəskarları üçün ətraflı xəritələr, xizək sürənlər üçün isə dəqiq sürət və məsafə ölçmələri mövcuddur.

HUAWEI WATCH Ultimate 2 isə dalğıclar üçün inqilabi funksiyalar təklif edir. Sənayedə ilk dəfə olaraq 150 metr dərinliyə qədər davamlılıq və sonar əsaslı texnologiya vasitəsilə saatdan saata 30 metrədək məsafədə sualtı mesaj göndərmək mümkündür.

Bundan əlavə, saat 60 metr dərinlikdə SOS siqnalı ötürmə qabiliyyətinə malikdir. Bu xüsusiyyətlər sayəsində peşəkar dalğıclar daha təhlükəsiz və rahat təcrübə qazana bilirlər. HUAWEI WATCH D2 modeli isə yeni mavi rəngdə təqdim olunub və qan təzyiqinin izlənilməsi üçün təkmilləşdirilmiş imkanlara sahibdir. İstifadəçilər həm birdəfəlik, həm də təkrarlanan ölçmələr apara, nəticələri yaddaşa yaza bilirlər.

HUAWEI nova 14 Seriyası mobil foto çəkilişləri yeni mərhələyə qaldırır. Ultra Chroma kamera və təkmilləşdirilmiş portret rejimi sayəsində portretlər daha canlı və detallı alınır. Telefon hətta zəif işıq şəraitində belə aydın və parlaq fotolar yaradır.

Ön kameranın 50 meqapiksel keyfiyyəti və 5x portret yaxınlaşdırma funksiyası selfiləri daha da gücləndirir. Əlavə olaraq, süni intellekt əsasında foto düzəliş imkanları - ən yaxşı ifadə seçimi və arzuolunmaz obyektlərin silinməsi – hər bir şəklin peşəkar görünməsinə şərait yaradır.

HUAWEI MatePad 12 X PaperMatte Edition planşeti oxumaq və işləmək üçün görməyə minimal ziyan veren ekranla təchiz olunub. Bu model HUAWEI M-Pencil Pro qələmi ilə tam kombinasiyada işləyir. Bir toxunuşla qeydlərə başlamaq, fırçaları dəyişmək və tətbiqlər arasında tez keçid etmək mümkündür. Təhsil, dizayn və rəsm üçün yeni imkanlar yaradılıb.

HUAWEI həmçinin GoPaint 2025 beynəlxalq yaradıcılıq yarışmasını elan etdi. Rəssamlıq, rəqəmsal akvarel, fantastik illüstrasiya və animasiya kimi müxtəlif kateqoriyalar iştirakçılara öz istedadlarını göstərmək imkanı verəcək.

Bu yarışma gəncləri texnologiyadan yaradıcı formada istifadə etməyə təşviq edir.

Nəhayət, HUAWEI "Now is Yours" (İndi Sənin Zamanındır) baxışını paylaşaraq, gənclərlə daha dərin emosional bağ qurmağı hədəflədiyini açıqladı. Şirkət texnologiyanı yalnız funksional deyil, həm də empatik olaraq yaxın göstərməyi məqsəd qoyur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
baku.ws

2Mənbələr