AZ

Ermənistan Təhlükəsizlik Şurasının katibi: “Tramp Yolu” Cənubi Qafqazda sülhə xidmət edəcək - ÖZƏL

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hesab edir ki, dialoq münaqişələrin həlli və qarşısının alınmasının ən effektiv yoludur. Olaylar.az xəbər verir ki,  , bu fikri İrəvanda keçirilən NATO PA-nın "Rouz-Rot" seminarının 108-ci sessiyasının açılışında səsləndirib. Qriqoryan çıxışına NATO Parlament Assambleyasına və iştirakçılara qlobal və regional səviyyədə dialoq və əməkdaşlığın təşviqinə görə təşəkkür etməklə başlayıb. Onun sözlərinə görə, 8 avqustda Vaşinqtonda keçirilən sammitdən sonra Cənubi Qafqazda uzun illər gözlənilən sülhün bərqərar olması simvolik məna daşıyır. Təhlükəsizlik Şurasının katibi bildirib ki, indi əsas məsələ bu sülhün institutlaşması və uzunmüddətli xarakter daşımasıdır. Bunun üçün regionda kommunikasiyaların açılması mühüm rol oynayır. Ermənistanın təqdim etdiyi "Sülh kəsişməsi" layihəsi həmkarlar tərəfindən yüksək qiymətləndirilib. Qriqoryan əlavə edib ki, Vaşinqton sammitində razılaşdırılan "Tramp Yolu" layihəsi də məhz bu məqsədə - Cənubi Qafqazda davamlı sülhün təmininə xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr