AZ

Bakı və regionlarda ödənişli zona sisteminə keçid planlaşdırılır - AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ödənişli zonaların tətbiqinə dair yeni yanaşmanı təqdim edib. Agentliyin İdarə Heyətinin sədri Anar Rzayev jurnalistlərə açıqlamasında bildirib ki, bu sistem artıq inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur və Azərbaycan üçün də aktuallaşır.

Yeni model ilkin mərhələdə Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi, eləcə də Abşeron, Ağdam, Şuşa və Laçın rayonları üzrə tətbiq ediləcək. Ödənişli zona sistemi yalnız nağdsız ödənişə keçmiş, sıxılmış təbii qaz və elektrik mühərriki ilə işləyən avtobuslara şamil olunacaq.

Gəncədə isə sistemə istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar da daxil ediləcək.

Rzayevin sözlərinə görə, hazırda gündəlik olaraq 300 mindən çox avtomobil Bakı şəhərinə daxil olur. Bunların 100 mindən çoxu Sumqayıt və Xırdalan, qalan 200 min avtomobil isə digər ətraf ərazilərdən gəlir.

Gülnar Nazimqızı 

Seçilən
19
anews.az

1Mənbələr