AZ

"Zaqatala"nın kapitanı: "Çox tez qol buraxdıq, səhvlər üzərində işləyəcəyik"

"Təəssüf ki, böyük hesabla məğlub olduq. "Şəfa" çox yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Belə oynamalı deyilik".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın futbolçusu İlkin Qırtımov deyib.

Təcrübəli futbolçu 1-ci Liqanın 2-ci turunda "Şəfa"nı qəbul edən komandasının 0:4 hesabı ilə məğlub olması barədə fikirlərini bölüşüb:

"Çox tez qol buraxdıq. Meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Əlbəttə, 2 oyuna 3 xal sərfəli nəticə deyil. Çalışıb daha çox xal toplamamlıyıq. Heyətdə yeni futbolçular var, uyğunlaşması üçün müəyyən vaxt lazımdır. Bəziləri ilk dəfə başqa sistemdə, başqa məşqçi tələbləri ilə oynadılar. İnşallah növbəti matçlarda komandaya kömək olarlar. Səhvlərimiz var idi. Həftə ərzində onların üzərində işləyəcəyik".

Qeyd edək ki, "Zaqatala" növbəti tur MOİK-in qonağı olacaq.

İdman.biz

Seçilən
0
1
idman.biz

2Mənbələr