AZ

“Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi növbəti təlimini keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsində qalib gələn “Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi 17 sentyabr 2025-ci il tarixində “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi üzrə əlavə vaxtın məhdud olması səbəbindən növbəti, 8-ci təlimini keçirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maddi dəstəyi ilə keçirilən tədbirdə 25 nəfər gənc iştirak edib. Tədbiri layihə rəhbəri Rəna Mahmudova açaraq bədii yaradıcılıqla məşğul olan gənclərin layihədən maksimum yararlandıqlarını və bu təlimlərin onların yaradıcılığında böyük rol oynadığını qeyd etdi.

Təlimçi Fəxrəddin Babayev növbəti təlimin mövzusunu “Əruz vəzni, əruzun şeir ölçüsünün xüsusiyyətləri və bəhrlər: sərbəst şeir və onun xüsusiyyətləri” mövzusunda təqdim etdi. Təlimçi hər mövzu üzrə geniş məlumat verərək iştirakçıları bilgiləndirdi və Azərbaycanın görkəmli şairlərinin əsərlərindən misallar gətirərək təlimi daha da maraqlı etdi.

Təlimin sonunda gənclər öz yaradıcılıqlarından nümunələr səsləndirdilər.

AzPost.az

Seçilən
15
3
azpost.info

4Mənbələr