AZ

Türkiyənin məşhur hakimləri rəy verdi: "Turan"ın şikayəti əsassızdır - VİDEO

Premyer Liqanın beşinci turu hakimlik problemini yenidən gündəmə qaytardı.

«Sabah» - «Turan Tovuz» matçını (2:0) idarə edən Rəvan Həmzəzadə verdiyi bir sıra qərarlarla aləmi qarışdırdı.

Onun Tovuz komandasına simpatiya bəsləməsi, gözlənildiyi kimi, birmənalı qarşılanmadı.

O, ayrı-ayrı epizodlarda kobudluğa əl atan «Turan»ın futbolçularını meydandan qovmadı. Həmçinin «Sabah»ın qapısına vurulan qolu saymadı.

Saytımız ortalığı qarışdıran epizodlarla bağlı Türkiyənin tanınmış hakimlərinin fikrini öyrənib.

Fırat Aydunus:

- "Turan"ın futbolçusunun "Sabah"ın oyunçusuna qarşı etdiyi kobud hərəkət birbaşa qırmızı vərəqədir. Çünki burada rəqibin ayağına zərbə endirir. Bu, ciddi zədə riskinin olduğu epizoddur və bunun adı qırmızı vərəqədir. İkinci epizodda isə "Sabah"ın futbolçusu "Turan"dan olana ikili mübarizədə diz nahiyəsindən təmas edir. Qayda pozuntusu olsa da, qırmızı vərəqəlik heç nə yoxdur. Sarı vərəqə isə baxır hakimin həmin an verdiyi qərara. Ofsayd epizoduna gəldikdə, topa çıxan "Turan"ın hücumçusu oyundankənar durumda olmasa da, komanda yoldaşının müdafiəçinin önünü kəsməsi qayda pozuntusudur.

Deniz Ateş Bitiner:

- Birinci epizodda "Turan Tovuz"lu futbolçu bilərəkdən butsının altı ilə rəqibin ayaq sümüyünün üzərinə kontrolsuz zərbə endirir. Burada zərbənin gücü də nəzərə alınmalıdır. Əgər çox sərt müdaxilə varsa, VAR-a ehtiyac yoxdur, birbaşa qırmızı vərəqədir. Oyundankənar durumda olan "Turan"ın hücumçusu müdafiəçinin qaçış yolunu bilərəkdən bağlayaraq, ona maneə törədir. Qərar qayda pozuntusu olaraq "Sabah"ın lehinə verilməlidir. "Turan Tovuz"lu futbolçu ilə "Sabah" oyunçusu ortaq top üçün ikili mübarizə uğrunda çarpışırlar. Sürət nəticəsində qırmızı formalı futbolçu müavizətini itirir, rəqib topa vurduqdan sonra ayağı məcburi ona dəyir. Bu, futbolda qaçılmaz an olaraq dəyərləndirilir, oyunun davam etməsi ən doğru qərardır.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
19
sportinfo.az

1Mənbələr