AZ

Aİ Rusiyaya qarşı 19-cu sanksiya paketini ABŞ ilə razılaşdırıb

Avropa İttifaqının (Aİ) tezliklə qəbul etməyi planlaşdırdığı Rusiyaya qarşı 19-cu sanksiya paketi ABŞ ilə razılaşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot TF1 telekanalına açıqlama verib.

Onun sözlərinə görə, bu, ABŞ-də Donald Trampın hakimiyyətə qayıdışından sonra ilk dəfədir ki, Brüssel və Vaşinqton arasında razılaşdırılmış sanksiya paketi olacaq. Yeni tədbirlərin yaxın vaxtlarda qəbul ediləcəyi gözlənilir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen sentyabrın 19-da sanksiya paketinə dair təklifləri təqdim edib. Buraya, 2027-ci ildən etibarən Rusiyanın LNG-nin Aİ-yə idxalına qadağa, həmçinin kriptovalyuta və bank sektoruna qarşı məhdudiyyətlər daxildir.

Eyni zamanda, iqtisadi və sosial məsələlər üzrə Avropa komissarı Valdis Dombrovskis bəyan edib ki, yeni paketdə Trampın tələb etdiyi kimi Rusiyadan neft idxalına məhdudiyyətlər nəzərdə tutulmur.

Seçilən
8
operativmm.az

1Mənbələr