AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

15–20 sentyabr 2025-ci il tarixləri dünyaiqtisadiyyatında mühüm qərarların və açıqlamaların verildiyi birdövr oldu. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uzun müddətdənsonra ilk dəfə faiz endiriminə getdi, İngiltərə Mərkəzi Bankı (BoE)isə sərt inflyasiya təzyiqlərinə baxmayaraq mövcud faiz dərəcəsinisabit saxladı. Avrozona və İngiltərədə açıqlanan inflyasiyagöstəriciləri isə qiymət artımlarının hələ də mərkəzi banklarınhədəflərinin üzərində olduğu gerçəyini ortaya qoydu. Bu qərarlarınvə açıqlamaların dünya maliyyə bazarlarına, valyutalara və qızılatəsirləri investorların diqqət mərkəzində oldu.

Federal Ehtiyat Sistemi: İlk Faiz Endirimi

ABŞ Federal Ehtiyatlar Sistemi 17 sentyabrda keçiriləniclasında faiz dərəcəsini 25 baza bəndi azaldaraq 4.00–4.25%aralığına endirdi. Bu qərar bazar tərəfindən gözlənilsə də, FEDsədri Cerom Pauelin açıqlamaları diqqət çəkdi. Pauel“iqtisadiyyatda zəifləmə əlamətləri”ni vurğuladı, lakin, əlavə faizendirimlərinin yalnız yeni makroiqtisadi göstəricilərə əsasənveriləcəyini bildirdi.

ABŞ dolları bu qərardan sonra ilkin zəifləmə göstərsədə, sədrin ehtiyatlı tonu səbəbindən sonradan möhkəmləndi.

Səhm bazarları faiz azalmasının kredit xərclərinətəsiri səbəbindən yüksəldi, amma investorlar ehtiyatlılıqlarınıqorudular.

Qızıl isə FED-in yumşaq siyasət addımından dəstəkalaraq tarixi maksimuma — 3707$ səviyyəsinə qədər yüksəldi.

İngiltərə Mərkəzi Bankı: Faizləri Sabit Saxladı

18 sentyabrda keçirilən iclasda İngiltərə MərkəziBankı əsas faiz dərəcəsini 4% səviyyəsində saxladı. Komitəüzvlərinin əksəriyyəti (7 nəfər) faiz dərəcəsini sabit saxlamağıdəstəklədi, yalnız 2 nəfər azaldılma tərəfdarı oldu.

Uçot faiz dərəcələrinin sabit saxlanılmasının əsassəbəbi isə avqust ayında inflyasiyanın 3.8% səviyyəsində qalaraqhədəf olan 2% göstəricisini xeyli üstələməsi idi.

Nəticədə, İngiltərə funtu zəifləyərək ABŞ dollarınaqarşı dəyər itirdi.

Dövlət istiqrazlarının gəlirliliyi artmağa davam etdiki, bu da, hökumətin borclanma xərclərini yüksəltdi.

Avrozona: İnflyasiya ECB hədəfinin üzərində

Avrozona üzrə açıqlanan məlumatlarda illik manşetinflyasiya 2.1%, baza inflyasiya isə bir qədər daha yüksək oldu. Bugöstəricilər Avropa Mərkəzi Bankının (ECB) hədəfi olan 2%-dənyuxarı qalmaqdadır.

Bu səbəbdən də ECB ehtiyatlı şəkildə mövcud siyasətiqoruyur və proqnozlarda 2025–2027-ci illərdə inflyasiyanınmərhələli şəkildə azalacağı qeyd olunur.

Bütün bu proseslər fonunda ABŞ dolları, FED-inehtiyatlı tonu ilə qısamüddətli möhkəmləndi. Funt-sterlinq yüksəkinflyasiya səbəbindən zəifləməyə davam etdi.
Avro isə sabit qaldı, lakin inflyasiya riskləri valyutaya təzyiqgöstərməkdədir.

FED-in faiz endirimi qızılın tarixi rekordunutəzələməsinə səbəb oldu. Lakin dolların güclənməsi fonunda sonrakıgünlərdə müəyyən geriləmə müşahidə edildi.

ABŞ və Avropa birjalarında optimizm güclənsə də,inflyasiyanın “yapışqan” qalması investorların ehtiyatlıdavranmasına səbəb oldu.

Neft qiymətləri FED-in faiz qərarından sonra artmaqəvəzinə zəif tələbat və “OPEC” siyasətləri səbəbindən sabitqaldı.

15–20 sentyabr 2025-ci il tarixləri qlobaliqtisadiyyat üçün dönüş nöqtəsi oldu. Fed-in faiz azaldılması,pandemiya sonrası uzunmüddətli sərt pul siyasətindən çıxışınbaşlanğıcı kimi qiymətləndirilsə də, ehtiyatlı ritorika gələcəkaddımların yavaş olacağını göstərir. İngiltərə və Avrozona üçün isəyüksək inflyasiya hələ də əsas risk olaraq qalır.

Qlobal bazarlar üçün mesaj aydındır: Pul siyasətiyumşalmağa başlasa da, inflyasiyanın tam nəzarətə alınmamasısəbəbindən investorlar ehtiyatlı qalmağa məcburdurlar. Bu vəziyyətqısa müddətdə valyutalarda dalğalanma, qızılda yüksəliş, səhmbazarlarında isə qarışıq siqnallara səbəb ola bilər.

Bu həftə Amerikada dərc olunacaq ÜDM, Mənzil bazarındasatışlar və Şəxsi Xərclər İndeksi Hesabatları birjalara yön verəcəkəsas xəbərlər ola bilərlər.

Bundan başqa Avrozonada, Almaniyada, İngiltərədə,eləcə də ABŞ-da açıqlanacaq sənaye, xidmət sektorlarında vəkompozit Biznes Aktivliyi İndeksi göstəriciləri investorlarındiqqət mərkəzində olacaq.

Bu həftə ərzində ABŞ Federal Ehtiyyatlar Sistemininsədri Cerom Pauelin, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardınvə İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışları dagözlənilir. Bazarlar baş bankirlərin çıxışlarında qlobal valyutabazarlarına yön verən bu 3 böyük valyutanın gələcəktendensiyalarına dair ipucları arayacaqlar.

Bu həftə həmçinin İsveçrə Milli Bankının (SNB) faizqərarı, Kanadada ÜDM hesabatı, Almaniyada “İfo” Biznes Mühitiİndeksi, Amerikada yeni və təkrar mənzil bazarlarında satışlaradair göstəricilər investorların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftəyə artımla başlayan EURUSD məzənnəsi 1.19200səviyyəsinə qədər yüksəlsə də çərşənbə günü FED-in faiz qərarındansonra ucuzlaşmağa başladı və həftəni 1.17430 səviyyəsindətamamladı.

Yeni həftəyə də enişlə başlayan məzənnədə “ayılar”qiyməti 1.17000 həddinin altına salıb və burada saxlaya bilsələr,eniş tendensiyası davam edə bilər.

Cari həftə Avrozonada və Almaniyada açıqlanacaqsənaye, xidmət sektorlarında Biznes Aktivliyi İndeksigöstəriciləri, eləcə də cümə günü AMB sədri Kristin Laqardıngözlənilən çıxışı avronun qiymətlərinə yün verə bilər.

GBP

Sentyabrın 3-cü həftəsində 1.37250 həddinə kimibahalaşan GBPUSD məzənnəsi də FED-in faiz qərarı sonrasında kəskinucuzlaşdı və ötən həftəni 1.34690 səviyyəsində tamamladı.

Bu həftə isə İngiltərədə dərc olunacaq sənaye, xidmətvə kompoziy PMİ rəqəmləri, eləcə də mərkəzi bankın sədri EndryuBeylinin çıxışı funtun dünya birjalarındakı qiymətlərinə cidditəsir edə bilər.

XAUUSD

Ötən həftənin çərşənbə günü 3707$-a qədər yüksələnqızıl tarixi maksimum həddini yenilədi. FED sədri Cerom Pauelinehtiyyatlı açıqlamaları nəticəsində dolların güclənməsi fonundasonrakı günlərdə müəyyən geriləmə müşahidə edildi. Lakin, qiymətlimetal həftəni 3685$ səviyyəsində tamamladı. Hazırda 3693$səviyyəsində ticarət olunan “sarı metal”ın qiyməti 3700$ həddininüzərində möhkəmlənə bilsə, artım tendensiyası daha kəskin xarakterala bilər.

Məqalədə:
Seçilən
14
3
az.trend.az

4Mənbələr