AZ

Sumqayıt fərqləndi, Qəbələ bildiyimiz kimi

Misli Premyer Liqasının V turunda keçirilən oyunlarda azarkeş sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən çox tamaşaçı qeydə alınan matçı “Sumqayıt” – “Neftçi” görüşü olub. Qarşılaşmanı tribunalardan 3500 azarkeş izləyib. 

Cari mövsüm Premyer Liqaya qayıdan “Qəbələ”də isə dəyişən heç nə yoxdur. Yerli azarkeşlər yenə də komandanın oyununa maraq göstərmir. Yerli azarkeşlərin maraq göstərmir. Belə ki, “qırmızı-qaralar”ın “Kəpəz” qələbəsini cəmi 150 nəfər izləyib.

Digər oyunlarda qeydə alınan tərəfdar sayı belədir:

“Karvan” – “İmişli” – 200

“Zirə” – “Şamaxı” – 650

“Sabah” – “Turan Tovuz” – 820

“Araz Naxçıvan” – “Qarabağ” – 450

 

 

Seçilən
5
idmanxeber.az

1Mənbələr