AZ

İsraillə eyni vaxtda Fələstin dövlətini tanımalıyıq

Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib.

AzPost müsahibəni təqdim edir:

– Qüdrət bəy, Ərdoğanın Trampla görüşü barədə fikirlərinizi bilmək istərdik…

– Tramp hakimiyyətə gələndə demişdim ki, bölgəmizdə siyasi proseslərə yön verəcək 4 ciddi lider olacaq.Tramp, İlham Əliyev, Ərdoğan və Putin. Tramp İlham Əliyev və Putinlə görüşüb, indi Ərdoğanla görüşür. Hər bir halda görüşün faydalı olacağına inanıram. Türkiyə öz nüvə silahına sahib olana qədər, Ərdoğan Pakistanın nüvə silahının (ən azı 50 nüvə başlığının) Türkiyədə yerləşdirilməsinə çalışmalıdır. Bunun üçün o ABŞ-nin razılığını almalıdır. Müsəlman dövlətləri Pakistanın nüvə təhlükəsizliyi çətirinin altına girmək üçün onun nüvə arsenalının gücləndirilməsinə kömək etməlidirlər.

– Dövlət Baxçalının, “Türkiyə Rusiya və Çinlə müttəfiq olmalıdır”, – çağırışını necə dəyərləndirirsiniz?

– Siyasi partiyaların öz ölkələrinin gələcəyi ilə bağlı fikirlər səsləndirmək haqqı var. Amma düşünürəm o bunu Ərdoğanın ABŞ-yə səfəri zamanı qəsdən səsləndirib, ABŞ-ni danışıqlarda daha konstruktiv etmək üçün. Baxçalı da bilir ki, Türkiyəni heç vaxt Avropa İttifaqına qəbul etməyəcəklər. Ona görə türk dövlətlərinin, İranın və Rusiyanın iştirakı ilə Avrasiya məkanında Avropa İttifaqı modelində yeni bir ittifaq qurulsa, bu, bölgədə davamlı sülhə, təhlükəsizliyə və firəvanlığa gətirər. Avropa İttifaqı ilə Çin arasında yeni bir siyasi-iqtisadi güc formalaşar. Bu barədə əvvəllər çox danışmışam.

– Hazırda Fələstin dövlətini tanıyan ölkələrin sayı artmaqdadır. Hazırki vəziyyətdə Azərbaycan da bu prosesdə ilk ölkələr sırasına qoşula bilərmi?

– Buna qətiyyən ehtiyac yoxdur. Biz, ərəb və yəhudu xaqlarının sülh içərisində yaşamaları üçün beynəlxalq ictimaiyyətlə, islam ölkələri ilə birlikdə çalışmalıyıq ki, Fələstinin dövlət kimi tanınmasının zəruriliyinə İsraili inandıraq və İsraillə birlikdə, eyni vaxtda Fələstin dövlətini tanıyaq.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
azpost.info

1Mənbələr