Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı vaxtı ilə saat 10:44-də Comex birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1,23% artaraq bir unsiya üçün 3751,4 ABŞ dollarına çatıb.
Marja xəbər verir ki, ABŞ Federal Ehtiyat Sistemi tərəfindən pul-kredit siyasətinin yumşaldılması fonunda qızıla tələbin artması davam edir.
FED sentyabr iclasında 2024-cü ilin Dekabr ayından bəri ilk dəfə faiz dərəcəsini 0,25 faiz bəndi azaldaraq 4–4,25%-ə endirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.