AZ

Prezident İlham Əliyev “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev “Suverenliyin keşiyində:Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalqkonfransın iştirakçılarına müraciət ünvanlayıb.

Trend xəbər verir ki,müraciətdə deyilir:

"Hörmətli tədbir iştirakçıları,

Sizi “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğunstatusu” mövzusunda keçirilən beynəlxalq konfransda səmimi-qəlbdənsalamlayıram.

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elanedilmişdir. Bu heç də təsadüfi deyildir. Belə ki, bu il bizAzərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30illiyini və tarixi Zəfərimizin 5 illiyini qeyd edirik.

Ölkəmiz öz müstəqilliyini 1991-ci ildə bərpa etsə də, o dövrdəhökm sürən ictimai-siyasi vəziyyət, həmçinin ErmənistanRespublikasının hərbi təcavüzü səbəbindən milli konstitusiyamızınqəbulu yalnız 1995-ci ildə mümkün olmuşdur. Müstəqilliyimiziqazanandan sonra 30 ilə yaxın bir dövrdə torpaqlarımızınəhəmiyyətli hissəsi Ermənistanın işğalı altında olmuşdur.Azərbaycan xalqının əzmkarlığı, silahlı qüvvələrimizin rəşadətisayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsindətorpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə həyata keçirilmişantiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü vəsuverenliyi tam bərpa olunmuşdur. Bununla da Konstitusiyamızınhüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilmişdir.

Tarixi zəfərimizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurbölgəsində geniş bərpa və quruculuq işlərinə başlanmış, minlərləinsan öz doğma yurdlarına qayıtmışdır. Baş vermiş bütün faciələrəbaxmayaraq, Azərbaycan hər zaman sülh gündəliyinin tərəfdarı olmuş,bu istiqamətdəki səylərimiz cari ilin 8 avqust tarixindəVaşinqtonda sülh sazişinin paraflanması ilə nəticələnmişdir.

Hörmətli konfrans iştirakçıları,

Dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbərşəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirəqatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinəverdikləri önəmin təzahürüdür. Milli prokurorluq orqanlarıcinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətinkonstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşımübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcəqanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eynizamanda konstitusion nizamın və suverenliyin qorunmasına xidmətedirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyininkeşikçiləri hesab olunurlar. Sizə bu şərəfli missiyada uğurlar arzuedirəm.

Əminəm ki, hazırkı tədbir prokurorluq fəaliyyəti ilə bağlıqabaqcıl təcrübələrin mübadiləsi, ümumi çağırışların müəyyənedilməsi və onların birgə həlli yollarının müzakirəsi, qarşılıqlıəməkdaşlığın güclənməsi məqsədlərinə töhfə verəcəkdir.

Sizi Azərbaycanda bir daha salamlayır, konfransın işinəmüvəffəqiyyətlər diləyirəm".

Seçilən
8
21
az.trend.az

10Mənbələr