AZ

BDYPİ xəbərdarlıq edir: Məcburi dayanma zamanı qaydalara əməl olunmalıdır

Son vaxtlar texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanmış nəqliyyat vasitələrinin sürücüləri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində digər hərəkət iştirakçıları üçün qəfil və gözlənilməz maneə yaranır ki, bu da çox zaman ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Bu barədə Ekologiya.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, texniki nasazlıq və ya digər səbəbdən yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalan sürücülər dərhal qəza dayanma işıqlarını yandırmalıdırlar. Həmçinin

avtomobildən təhlükəsiz məsafədə qəza nişanı qoymalı və imkan daxilində nəqliyyat vasitəsini yolun kənarına çəkməlidirlər.

BDYPİ bir daha xatırladır ki, bu sadə qaydalara əməl etməklə sürücülər həm öz həyatlarını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qoruya bilərlər.

 

Seçilən
14
29
ekologiya.az

10Mənbələr