AZ

Kamran Əliyev: Azərbaycan daim sülhün tərəfdarı olub

Azərbaycan daim sülhün tərəfdarı olub.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun təşkilatçılığı ilə Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, Azərbaycan torpaqlar işğal altında olduğu dövrdə də daim məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərib:

"Lakin BMT-in Azərbaycan torpaqlarının işğalını tanıyan və onların qeyd-şərtsiz azad edilməsini müəyyən edən 4 qətnaməsinin olmasına baxmayaraq Ermənistan tərəfi işğal etdiyi torpaqları geri qaytarmayıb. Azərbaycan həmişə olduğu kimi bu gün də sülhün tərəfdarıdır".

Kamran Əliyev qeyd edib ki, bu il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanması məhz bunun bariz nümunəsidir:

"Bu sənəd təkcə iki dövlət arasında münasibətlərin yeni səhifəsi deyil, həm də Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin, habelə iqtisadiyyatın daha da inkişaf etdirilməsinin təmin olunması baxımından tarixi dönüş nöqtəsidir. Eyni zamanda bu sənəd Azərbaycanın suverenliyinin dünya miqyasında tanınmasıdır", - deyə Baş prokuror qeyd edib.

Seçilən
7
8
musavat.com

9Mənbələr