AZ

Mil-Muğanda GÇQH və psixoloq vəzifələri üzrə müsabiqəyə start verilib

Mil-Muğan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri (GÇQH) və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir. 

TƏHSİL.BİZ  xəbər verir ki, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və məktəb psixoloqu vəzifəsi üzrə müsabiqə 3 (qeydiyyat və sənədlərin yoxlanılması, müsahibə və vakant yerlərin seçimi) mərhələdən ibarətdir. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti mərhələsinə dəvət ediləcəklər.

Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 22 sentyabr tarixindən 26 sentyabr 2025-ci il tarixinədək link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə aşağıdakı tələblərə uyğun olan şəxslər iştirak edə bilərlər.

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə:

ali hərbi, yaxud ali mülki təhsilli, ehtiyatda (istefada) olan zabitlər; 

tam orta təhsilli, həmçinin orta ixtisas təhsilli, ehtiyatda (istefada) olan gizirlər və çavuşlar.

Məktəb psixoloqu vəzifəsi üzrə:

psixologiya üzrə ali təhsil.

Seçilən
9
1
tehsil.biz

2Mənbələr