AZ

Azərbaycan klubu heyətini ABŞ-dan olan basketbolçu ilə gücləndirib

Bakı, 22 sentyabr, AZƏRTAC

“Sərhədçi” komandası heyətinə yeni basketbolçu qatıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, paytaxt təmsilçisi ABŞ-dan olan Kameron Uilbonla anlaşıb.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 1,96 metr boya malik Kameron Uilbon son olaraq “CSU Bakersfild” klubunda çıxış edib.

Seçilən
9
1
azertag.az

8Mənbələr