AZ

Tramp Qəzza münaqişəsinin diplomatik yolla həllinə ümid edir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə ümid etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Arizonadan Vaşinqtona uçarkən Ağ Evin mətbuat xidmətinin jurnalistlərinə deyib.

"Ümid edirəm. Diplomatik həll yolu görmək istərdim. Çoxlu qəzəb və nifrət var, bilirsinizmi, bu, illərdir davam edir. Bölgədəki vəziyyət gərgin oluğu qədər də mürəkkəbdir. Orada hər gün insanlar ölür və biz bunun qarşısını almağa çalışırıq. Ümid edirəm ki, bir nəticə ələ edə bilərik", - deyə bildirib.

Bir müddət əvvəl Amerikanın “Axios” xəbər agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, Tramp Fələstin-İsrail münaqişəsinin həlli yollarını müzakirə etmək üçün sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində bir qrup ərəb və müsəlman liderlə görüş keçirməyi planlaşdırır.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə liderləri görüçə dəvət alıblar. Portalın mənbələrinin məlumatına görə, Ağ Ev bu ölkələrin Qəzza zolağının müharibədən sonrakı rekonstruksiyasında iştirakını, həmçinin İsrail qoşunlarını anklavdan çıxardıqdan sonra əvəz edəcək “sabitləşdirici qüvvə” kimi öz hərbi kontingentlərini orada yerləşdirmək imkanlarını müzakirə etməyi planlaşdırır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
bizimyol.info

2Mənbələr