AZ

Maduro Trampa məktub yazdı


Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenrtiDonald Trampa açıq məktub ünvanlayıb. Məktub Venesuelanın informasiya və kommunikasiyalar naziri Freddi Ninanesin Telegram kanalında dərc olunub.

Maduro sentyabrın 6-da Trampa göndərdiyi məktubda “iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün birbaşa dialoqu bərpa etməyi” təklif edib: "Sizin ikinci müddətinizin ilk aylarında biz həmişəhökumətlərimiz arasında yaranan hər hansı məsələləri müzakirə və həll etmək üçün birbaşa əlaqə saxlamağa çalışmışıq”. Məktubda o, "istənilən fikir ayrılıqlarını həll etmək üçün" Karakas və Vaşinqton arasında "birbaşa və səmimi ünsiyyət" saxlamağı təklif edib.

Venesuela prezidenti ölkənin yüksək vəzifəli şəxslərinin narkotik ticarəti ilə əlaqəsi ilə bağlı ittihamlarını rədd edərək, onları "tamamilə yalan" və "silahlı münaqişənin genişlənməsinə haqq qazandırmaq üçün Venesuelaya qarşı yönəlmiş ən pis saxta xəbərlər" adlandırıb.

Mətləb

Seçilən
21
1
baki-xeber.com

2Mənbələr