AZ

Azərbaycan və "ACWA Power" arasında Xəzər Dənizi Su Duzsuzlaşdırma Zavodunun inşası üzrə tərəfdaşlıq sazişi imzalanıb

Bakı. Trend:

Azərbaycan və "ACWA Power" arasında Xəzər Dənizi SuDuzsuzlaşdırma Zavodunun inşası üzrə tərəfdaşlıq sazişiimzalanıb.

Trend xəbər verir ki, Bakıda keçirilən 1-ci AzərbaycanBeynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdəsənədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri ZaurMikayilov və ACWA Power şirkətinin baş icraçı direktoru MarcoArcelli sənədə imza atıblar.

Saziş “Dizayn, tikinti, maliyyələşdirmə, istismar və texnikixidmət” mərhələlərini əhatə edir.

Bu layihə regionda su ehtiyatlarının effektiv idarə olunmasınavə içməli su təminatının artırılmasına yönəlib.

Daha sonra emal olunmuş suyun alınmasına dair Saziş imzalanıb.Bu sazişi Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov,“Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarəHeyətinin sədri Tahir Xəlilov və “ACWA Power” şirkətinin baş icraçıdirektoru Marco Arcelli imzalayıblar.

Torpaq icarəsi haqqında Saziş isə iqtisadiyyat naziri MikayılCabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətininsədri Seymur Adıgözəlov və Marco Arcelli tərəfindən imzalanıb.

Bundan başqa, dövlət zəmanəti haqqında Saziş maliyyə naziriSahil Babayev və “ACWA Power” şirkətinin baş icraçı direktoru MarcoArcelli tərəfindən imzalanıb.

Seçilən
7
az.trend.az

1Mənbələr