AZ

Xərçəngin əsas səbəbi: Hamımızın daşıya biləcəyi gizli virus

Dünyada cinsi yolla keçən infeksiyalar arasında ən geniş yayılanlardan biri Human Papilloma Virus (HPV) hesab olunur. Həkimlər bildirirlər ki, bu virusun insan sağlamlığına təsiri çox vaxt yetərincə qiymətləndirilməsə də, onun törədə biləcəyi fəsadlar son dərəcə ciddi ola bilər.

HPV sadəcə qadın sağlamlığı ilə məhdudlaşmır, həm oğlan, həm də qız uşaqları üçün real təhlükədir. Xəstəlik illərlə gizli qala və müxtəlif xərçəng növlərinə səbəb ola bilər.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən uzman doktor, ginekoloq Zivər Eldarova bildirib ki, bu virus haqqında maarifləndirmə hələ də azdır: Pepperoni pizza

“Dünyada cinsi yolla keçən infeksiyalar arasında ən çox yayılanı Human Papilloma Virus - qısaca HPV-dir. Bu virus haqqında məlumat artsa da, təəssüf ki, maariflənmə hələ də kifayət deyil. Bəzən valideynlər övladlarına olan sevgini, qayğını daha çox onları yaxşı məktəblərdə oxutmaq, əyləndirmək və ya müxtəlif imkanlar yaratmaqla ölçürlər. Halbuki, onların gələcək sağlamlığına təsir edən çox ciddi xəstəliklərdən qorumaq üçün əlimizdə sadə, amma son dərəcə güclü vasitələr var. Bu vasitələrin ən önəmlisi isə HPV peyvəndidir.

HPV əslində yüzlərlə tipi olan bir virus ailəsidir. Onların çoxu zərərsizdir, ancaq müəyyən tipləri “yüksək riskli” sayılır. Bu tip viruslar illər ərzində bədəndə gizli qala bilər və heç bir əlamət vermədən uşaqlıq boynu xərçəngi, anal xərçəng, boğaz (orofarenks) xərçəngi, hətta kişi və qadınlarda müxtəlif genital xərçənglərin əsas səbəbi ola bilər. Yəni HPV yalnız qadın sağlamlığı ilə bağlı deyil, həm oğlan, həm də qız uşaqları üçün təhlükə yaradır”.

Həkim qeyd edib ki, virusun ən çox yayılma yolu cinsi əlaqədir, lakin bəzən şəxsi əşyaların ortaq istifadəsi də yoluxmaya səbəb ola bilər:

“Ən narahatedici məqam isə budur ki, HPV yoluxduqda bunu dərhal anlamaq olmur. Virus illərlə heç bir simptom göstərmədən bədəndə qala bilər. Bəzi hallarda isə yalnız kondilom adlanan ziyillərlə özünü büruzə verə bilər. Bu səbəbdən insanlar yoluxduqlarını çox vaxt gec öyrənirlər.

HPV-yə qarşı tam müalicə üsulu yoxdur. Müalicə əsasən virusun törətdiyi fəsadların qarşısını almağa yönəlir. Bədəndən virusu tamamilə silmək çətindir və uzunmüddətli izləmə tələb olunur. Elə buna görə də, müasir tibbin ən böyük uğuru məhz HPV-yə qarşı peyvəndin yaradılmasıdır”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
23
3
yenisabah.az

4Mənbələr