AZ

Prezident İlham Əliyev: Prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar

Bakı. Trend:

Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə,o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edəncinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla daonlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir,eyni zamanda, konstitusion nizamın və suverenliyin qorunmasınaxidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlətsuverenliyinin keşikçiləri hesab olunurlar.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlhamƏliyevin “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğunstatusu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransıniştirakçılarına müraciətində yer alıb.

Dövlətimizin başçısı qeyd edib ki, dost ölkələrin milliprokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğunümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarasıəməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmintəzahürüdür.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, hazırkı tədbirprokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsi,ümumi çağırışların müəyyən edilməsi və onların birgə həlliyollarının müzakirəsi, qarşılıqlı əməkdaşlığın güclənməsiməqsədlərinə töhfə verəcək.

Seçilən
4
36
az.trend.az

10Mənbələr