AZ

Azərbaycanla BƏƏ arasında bir sıra mühüm sənədlər imzalanıb

Bakı. Trend:

Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əməkdaşlığıçərçivəsində bir sıra mühüm sənədlər imzalanıb.

Trend xəbərverir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiyaForumu çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarov və“Modon”un sədri Cassem Mohammed Bu Ataba Al Zaabi “Şəhər içindəşəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq haqqında Sazişiimzalayıblar. Sazişin imzalanmasına Azərbaycan Respublikasının Başnazirinin müavini Səmir Şərifov və BƏƏ-nin investisiya naziriMohamed Hassan Alsuwaidi şahidlik ediblər.

Tədbirdə çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov, DövlətSu Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “ACWA Power”şirkətinin baş icraçı direktoru Marko Arçelli bu əməkdaşlığınəhəmiyyətini vurğulayıblar.

Daha sonra tərəflər arasında Xəzər dənizi suyun duzsuzlaşdırmazavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi,istismarı və texniki xidməti üzrə Dövlət-özəl tərəfdaşlığı haqqındaSaziş imzalanıb. Sənədi Dövlət Su Ehtiyatları Agentliyinin sədriZaur Mikayılov və “ACWA Power” şirkətinin baş icraçı direktoruMarko Arçelli imzalayıb.

Bununla yanaşı, emal olunmuş suyun alınması haqqında Sazişimzalanıb. Sazişə Dövlət Su Ehtiyatları Agentliyinin sədri ZaurMikayılov, “Böyük Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publikhüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilov və “ACWA Power”şirkətinin baş icraçı direktoru Marko Arçelli imza atıblar.

Digər mühüm sənəd – torpaq icarəsi haqqında Saziş İqtisadiyyatnaziri Mikayıl Cabbarov, İqtisadi Zonaların İnkişafı Agentliyininİdarə Heyətinin sədri Seymur Adıgözəlov və “ACWA Power” şirkətininbaş icraçı direktoru Marko Arçelli tərəfindən imzalanıb.

Sonda Maliyyə naziri Sahil Babayev və “ACWA Power” şirkətininbaş icraçı direktoru Marko Arçelli dövlət zəmanəti haqqında Sazişiimzalayıblar.

Bu sənədlərin imzalanması Azərbaycan və BƏƏ arasında stratejitərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Məqalədə:
Seçilən
7
9
az.trend.az

10Mənbələr