AZ

2600 manat müavinət kimlərə ödəniləcək və necə müraciət etmək olar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib.
Oxu.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yeni qaydaların detalları ilə bağlı paylaşım edib.
Onun sözlərinə görə ki, yeni qaydalara əsasən, həmin vətəndaşlarımız təhsil pillələrini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər:
"Qeyd edək ki, əvvəllər həmin şəxslər mövsümi paltar və ayaqqabı, habelə ölkə üzrə orta əməkhaqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, həmçinin, vəsait də dəqiqləşdirilir.
Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial təminatını daha gücləndirməkdir".
Deputat bildirib ki, vəsaiti necə almağa gəldikdə isə bu müavinət hər bir təhsil müəssisənin büdcəsinə daxil edilir.
"Bu o deməkdir ki, həmin vətəndaşlarımız təhsillərini başa vuran zaman həmin müəssisəyə müraciət etməklə bu müavinəti ala bilərlər. Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili müəssisəni və ya universiteti təhsil alırsa, təhsilini başa vuran zaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu proses qısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldə edilməsi mümkündür", - deyə deputat əlavə edib.
Seçilən
11
49
oxu.az

4Mənbələr