AZ

Toralın ilk het-triki

Toral Bayramov Azərbaycan çempionatlarında ilk het-trikini edib.

News24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

"Qarabağ"ın futbolçusu dünən keçirilən "Araz-Naxçıvan"la oyunda (5:0) bunu bacarıb.

Bu, həm də cari mövsümün ilk het-triki olub.

Ölkə çempionatında 129-cu matçını keçirən Toral ümumilikdə 21 dəfə rəqib qapılarına yol tapıb.

2 qolu penaltidən vuran 24 yaşlı ffutbolçu Premyer Liqada 11 metrlik nöqtədən vurduğu zərbələrin ümumi sayını 10-a çatdırıb. O, bu imkanlardan 9-da dəqiq olub.


Seçilən
33
2
news24.az

3Mənbələr