AZ

Türkiyənin 18 vilayətində əməliyyat: 170 şübhəli saxlanılıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya kibercinayətkarlıqla mübarizə çərçivəsində son beş gündə 170 şübhəlinin tutulduğunu, 55 nəfərin isə həbs edildiyini açıqlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə "Starhaber" məlumat yayıb.

Nazir Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, 18 vilayətdə “onlayn uşaq əxlaqsızlığı və təcavüzü”, “ağır fırıldaqçılıq”, “qanunsuz mərc oyunları” və “ağır oğurluq” kimi əməliyyatlarda 55 şübhəlinin həbs edildiyini, 34-ü ilə bağlı məhkəmə nəzarəti tədbirlərinin həyata keçirildiyini, digər 34-ü ilə bağlı prosedurların aparıldığını bildirib.

İlahə QənbərliMissiya.Az

Seçilən
5
1
missiya.az

2Mənbələr