AZ

FHN ötən həftə 148 yanğına müdaxilə edib, 57 nəfəri xilas edib

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən həftə ərzində ölkə üzrə ümumilikdə 148 yanğına operativ müdaxilə edib. Nazirliyin "112" qaynar xəttinə daxil olan zənglər əsasında həyata keçirilən əməliyyatlar çərçivəsində, həmçinin 34 halda köməksiz vəziyyətdə qalma, 2 yol-nəqliyyat qəzası üzrə qəza-xilasetmə tədbirləri görülüb. Bu barədə Fövqəlada Hallar Nazirliyi məlumat yayıb. 

Həyata keçirilən təcili tədbirlər nəticəsində 14-ü azyaşlı olmaqla 57 nəfər xilas edilib. Yanğınlar zamanı 3-ü azyaşlı olmaqla 58 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Əməliyyatlar zamanı 3 nəfər xəsarət alıb, 1 nəfər ölüb və meyit aidiyyəti üzrə təhvil verilib.

Nazirlik yanğınların operativ söndürülməsi və vətəndaşların həyatının qorunması məqsədilə bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Gülnar 

Seçilən
22
1
anews.az

2Mənbələr