AZ

Prezident İlham Əliyev: Ölkədə yaradılmış müasir infrastruktur sərmayədarlara qlobal bazarlara birbaşa çıxış təklif edir

Bakı. Trend:

Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regionaliqtisadi siyasətin strateji mərkəzinə çevirir.

Trend xəbər verir ki, bu fikir AzərbaycanPrezidenti İlham Əliyevin Bakıda keçirilən Birinci AzərbaycanBeynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində yeralıb.

Dövlətimizin başçısı qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yükdaşımalarının həcmi ildən-ilə artır.

"Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsiilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmışmüasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz TicarətLimanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yoluinfrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış vəyüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusiiqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastrukturistehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər vəyüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdimedir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Seçilən
22
20
az.trend.az

10Mənbələr