AZ

Azərbaycan süni intellekt ekosistemində mühüm rol oynaya bilər - “GenAI Works” CEO-su

Bakı. Trend:

Azərbaycan süni intellekt ekosistemində mühüm rol oynayabilər.

Trend xəbərverir ki, bunu “GenAI Works” şirkətinin CEO-su və həmtəsisçisi StivNuri bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiyaForumunda bildirib.

Stiv Nuri deyib ki, “GenAI Works” dünyadakı ən böyük süniintellekt icması və ekosistemidir və artıq qlobal səviyyədə 14milyon üzvü var. Onların çoxu Azərbaycanda da fəaliyyət göstərir.Şirkət hazırda dünyadakı iri müəssisələrə, o cümlədən NVIDIA vəOracle kimi şirkətlərə AI-dan rəqabət üstünlüyü qazanmaqda məsləhətverir.

CEO vurğulayıb ki, süni intellekt əsas modelləri ilə bir çoxşirkət ekosistemlər qurur və bəzi hallarda yalnız “thin wrapper”üsullarından istifadə etsələr də, bu şirkətlər milyonlarla, bəzənisə milyard dollarlıq dəyərə çatırlar.

"Məsələn, “Perplexity” şirkəti yalnız 10 nəfərlik bir komandailə əsas model üzərində qurulub böyük bir ekosistem yaradıb və indimilyardlıq şirkətə çevrilib.

Azərbaycanın da bu modeli izləyərək süni intellekt sahəsindəuğur qazana biləcəyi imkanlar mövcuddur", - deyə o vurğulayıb.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr