AZ

Paşinyan terrorçunu komandasından uzaqlaşdırdı

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası sentyabrın 20-də keçirilmiş qurultayında seçilmiş İdarə Heyətinin üzvlərinin yekun siyahısını dərc edib.

Teleqraf xəbər verir ki, ilkin nəticələrlə müqayisədə dəyişikliklər olub.

Konkret olaraq Sasun Mikaelyan (“Yerkrapa” terror təşkilatının rəhbəri - red.) və Qarik Sərkisyan (Vedi meri) siyahıda yoxdur.

İdarə Heyətinə Baş nazir Nikol Paşinyanla yanaşı aşağıdakılar daxildir:

Gevorq Papoyan (iqtisadiyyat naziri), Suren Papikyan (müdafiə naziri), Hayk Koncoryan (hakim partiyanın parlament fraksiyasının rəhbəri), Vaaqn Aleksanyan (deputat), Arayik Arutyunyan (Baş nazir Administrasiyasının rəhbəri), Ruben Rubinyan (baş nazirin müavini), Romanos Petrosyan (“Elektrik Şəbəkələri” şirkətinin müvəqqəti rəhbəri), David Xudatyan (ərazi idarəetmə naziri), Alen Simonyan (parlamentin spikeri), Alxas Qazaryan (deputat), Arusyak Culhakyan (deputat), Vilen Qabrielyan (keçmiş deputat), Hasmik Akopyan (deputat), Qnel Sanosyan (baş nazirin nümayəndəsi), Tiqran Avinyan (İrəvan meri), Armen Xaçaturyan (parlamentin Müdafiə Komitəsinin sədr müavini), Nazeli Baqdasaryan (baş nazirin mətbuat katibi) və Arusyak Manavazyan (deputat).

Xatırladaq ki, Nikol Paşinyan qurultayda yenidən partiyanın sədri seçilib.
Seçilən
5
2
sherg.az

3Mənbələr