AZ

Rumıniya Azərbaycandan neft idxalını artırıb

Bakı. Trend:

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyayaümumilikdə 429,3 milyon ABŞ dolları məbləğində və 778,6 min tonhəcmində xam neft və bitum süxurlardan əldə olunan neft məhsullarıixrac olunub.

Trend AzərbaycanınDövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cüi ilinanoloji dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 160milyon ABŞ dolları və ya 59,5 faiz və həcm ifadəsində 344,5 min tonvə ya 79,5 faiz artıb .

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20ölkəyə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15 milyon 925min ton həcmində xam neft və neft məhsulları ixrac edilib. Bu,2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1 milyard912 milyon ABŞ dolları və ya 18,5% az, həcm baxımından isə 551 min50 ton və ya 3,3% azdır.

Məqalədə:
Seçilən
4
3
az.trend.az

3Mənbələr