AZ

Bakının əsas mərkəzi yolları yenidən açılıb

 

Son 9 ildə ilk dəfə olaraq, "Formula 1" həftəsindən sonra cəmi 12 saat ərzində yol məhdudiyyətlərinin böyük hissəsi aradan qaldırılıb

Bu barədə Missiya.Az-a Bakı Şəhər Halqasından məlumat verilib.

Belə ki, "Formula 1" Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra şəhərdə halqa infrastrukturu və "Azneft dairəsi"ndəki tribunalarda tam söküntü işləri aparılaraq, mərkəzi küçələr nəqliyyatın istifadəsinə qaytarılıb. Söküntü işlərinin ilk gecəsində saat 06:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissə istisna olmaqla, hərəkət tam bərpa edilib.

Qeyd edək ki, yarış həftəsində bağlı olan yolların əksər hissəsi, şəhərdə tıxacların azaldılması məqsədilə, müəyyən vaxt intervalında sürücülərin istifadəsinə açıq olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti şəhər sakinlərinə və sürücülərə göstərdikləri anlayışa görə təşəkkürünü bildirib.

Seçilən
10
48
missiya.az

10Mənbələr