AZ

Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı xəbərdarlıq edib.

İdarədən Ucnoqta.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

"Sinoptiklərin məlumatına əsasən yağıntılı və dumanlı hava ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlığı nəzərə alaraq, sürücülərdən dumanlı havada sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir."

Seçilən
2
36
ucnoqta.az

10Mənbələr